XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 15:29

Sarkisyan Qarabağa gəlir:"O, qondarma seçkilərlə bağlı narahatlıq keçirir"

Ermənistanın keçmiş prezidenti, Respublikaçılar partiyasının lideri Serj Sarkisyan iyulun 24-də xarici ölkələrdən birində keçirdiyi məzuniyyətdən qayıdacaq və işğal altında olan Qarabağa yollanacaq.

Bu məlumatı “Johovurd” qəzeti yayıb.

“Belə bir fikir var ki, Serj Sarkisyan da Qarabağda gözlənilən qondarma prezident və parlament seçkiləri ilə bağlı narahatlıq keçirir, buna görə də, tez-tez ora gedir ki, əhval-ruhiyyənin necə olduğunu anlasın”, – nəşr yazır.

Lakin Qarabağdakı separatçı rejimin hakim dairələrinin nümayəndəsi jurnalistlərlə söhbətində iddia edirdi ki, Serj Sarkisyan “seçkilər”lə maraqlanmır və bununla məşğul olmur.

“O, sadəcə olaraq, Qarabağda istirahət edir, köhnə dostları ilə görüşür, onlarla siyasi əhəmiyyəti olmayan söhbətlər edir və onun obrazını fetişləməyə dəyməz”, – qəzet yazır/Virtualaz.org