XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 15:55

Səfir:“ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir”

“Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”.

Nazirlər Kabinetinin mətbuat xidmətində  verilən məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri  Li Litzenberqer ilə keçirdiyi görüşdə bildirib.

Ə.Əhmədov deyib ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür və bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

Li Litzenberqer ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəklədiyini vurğulayıb: “Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq  ABŞ hökuməti tərəfindən müsbət dəyərləndirilir”.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. /APA