XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 İyul 2019 - 19:22

Boris Conson Kraliça II Elizabetlə görüşüb və rəsmən Baş Nazir elan edilib- FOTO

Mühafizəkarlar partiyasının lideri və yeni Baş Nazir Boris Conson Bukingem sarayında Kraliça II Elizabetin qəbulunda olduqdan sonra rəsmən Böyük Britaniyanın Baş Naziri elan edilib.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, yeni Baş Nazir Bukingem sarayından birbaşa hökumət başçısının ofisinə – Dauninq Strit 10 ünvanında yerləşən iqamətgaha gələrək mətbuat üçün açıqlama verib.

Boris Conson çıxışında Brexitlə əlaqədar Avropa İttifaqına müraciət edib, Böyük Britaniyada iqtisadi çətinliklərə rəğmən bu prosesin davam etdiriləcəyini vurğulayıb.