XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 İyul 2019 - 20:39

İşsizlikdən sığorta fonduna ayrılacaq vəsaitlərin həcmi artdı –Dəyişiklik

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Strateq.az xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddədə hər iki halda “83 451 400,0” rəqəmləri “98 451 400,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“ 3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsait 15 000 000,0”

3. 3-cü maddə üzrə:

3.1. 2-ci hissədə “1 800 000,0” rəqəmləri “2 800 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 6-cı hissədə “42 041 400,0” rəqəmləri “56 041 400,0” rəqəmləri ilə əvəz edilsin.