XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 14:49

Həbs edilən məmurun evindən silah çıxdı – [color=red]Baş Prokurorluq

Baş Prokurorluq Füzuli rayonunda baş verən hadisələrlə bağlı saxlanılanların olması barədə yayılan məlumatlara münasibət bildirib.

Strateq.az Baş Prokurorluğun yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil omuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı şəhər Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq  silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd olunan cinayətin Şakir Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.