XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 18:56

Bakı-2019 başa çatıb:Rusiya yığması birinci, Azərbaycan dördüncü olub

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatıb.

APA-nın məlumatına görə, bu gün bağlanış mərasimi keçiriləcək yarışda son dəst medallar da sahibini tapıb.

Sonuncu gün 23 mükafat dəsti uğrunda mübarizə gedib. Azərbaycan yığması medal sayını artıra bilməyib.

Ümumilikdə isə yeddi gün davam edən yarışda idmançılarımız 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc), idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib.
Bu göstərici ilə Azərbaycan festivalı 4-cü pillədə başa vurub. Böyük fərqlə 1-ci olan Rusiya neçə gündür zirvədə qərarlaşmışdısa, ilk “üçlük”dəki digər ölkələr son gündə müəyyənləşib. 2-ci yerə yüksələn Böyük Britaniya və 3-cü pillədə qərarlaşan Türkiyə Azərbaycanı arxada qoyublar.

Medal siyahısına ümumilikdə 38 ölkə düşə bilib. Mükafat qazanan bu yığmalardan 27-nin idmançısı çempionluq sevinci də yaşayıb.