XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 10:13

ABŞ Dövlət katibi:"İrana getmək istədim, ancaq rejim qəbul etmədi"

ABŞ dövlət katibi Mayk Pompeo İranın onun Tehrana səfər etmək təklifini qəbul etmədiyini söyləyib.

Bununla bağlı ABŞ dövlət katibi “Twitter”də yazı paylaşıb.

“Bu yaxınlarda Tehrana gedib İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi”. Paylaşdığı bu fikri Pompeo əvvəllər bir müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-da daim sərbəst danışmaq hüququndan istifadə edir/Trend.