XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyul 2019 - 14:24

Səhiyyə Nazirliyindən qatarın vurduğu şəxslərlə bağlı açıqlama:"Vəziyyətləri ağırdır"

Səhiyyə Nazirliyi Bakının Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində xəsarət alanlarla bağlı açıqlama yayıb.

Strateq.az nazirliyə istinadla xəbər verir ki, açıqlamada hadisə zamanı 4 nəfərin xəsarət aldığə bildirilib.

Qeyd olunub ki, onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı – 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.

Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.