XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 14:33

Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb –7 ilədək həbs gözləyir

Gürcüstanın Axalkalaki rayonunun Kartsaxi kəndində üç yerli sakin saxlanılıb.

Hadisə ötən gün axşam saatlarında baş verib.

Saxlanılan A.Çobanyan, A.Taqvoryan və K.Karapetyan Sərhəd Polisi əməkdaşlarına qarşı kütləvi zorakılıqda ittiham olunular.

Kartsaxi sakinləri həmkəndlilərinin saxlanılmasına etiraz olaraq Türkiyə-Axalkalaki yolunu bağlayıblar. Bir saata yaxın dövlət yolunu bağlı saxlayan etirazçılar həmkəndlilərinin saxlanılması səbəbinin açıqlanmasını tələb ediblər.

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək müddətə həbs cəzası gözləyir/Report.