ABŞ Konqresinin binasında həyəcanlı anlar yaşanıb. Konqresin Vaşinqtondakı binalarının birində toksik maddədən zəhərlənmə olub, 8 nəfər xəstəxanaya yerləşdirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Washington Post» məlumat yayıb.
Məlumata görə, hadisə Konqresin Nümayəndələr Palatasının yerləşdiyi binada – «Longworth House Office Building»də baş verib.
Hadisənin binada aparılan rəngləmə işləri və divarlara çəkilən boya ilə bağlı ola biləcəyi ehtimal edilir.