XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 11:07

Prezident İlham Əliyevdən sərəncam[color=red] – Əmək pensiyalarının baza hissəsi artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.