XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2019 - 11:55

Türkiyədə silah fabriki yanır –Helikopterlər işə cəlb olundu

Türkiyədə Konya vilayətinin Beyşehir rayonunda ov tüfəngi istehsal edən fabrikdə yanğın baş verib.

Yanğın fabrikin əsas binasının damında başlayıb.

Yanğının səbəbi hələ məlum deyil. Alovu söndürmək üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğın davam edir.

Alovun ətrafa yayılmaması üçün iki ədəd helikopter də yanğınsöndürmə işlərinə cəlb edilib. /Oxu.az