XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 14:15

Türkiyə və Rusiya XİN rəhbərləri arasında görüş keçirildi –Taylandda

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə nazir Mövlud Çavuşoğlu özünün “Twitter”səhifəsində yazıb.

Taylandın paytaxtı Bankokda keçirilən ASEAN ölkələrinin xarici işlər nazirlərinin 52-ci toplantısı çərçivəsində baş tutan görüşdə nazirlər ikitərəfli əməkdaşlıq və Suriyadakı vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə ediblər.  /APA