Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb.
Fərmana əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu sərəncam və fərmanlardan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.