XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2019 - 15:14

Ət oğrularının Azərbaycan və Gürcüstan macəraları – İranda qalmaqallı məhkəmə prosesi

Tehranda ət qaçaqmalçılığında və dövlətə iqtisadi zərər vurmaqda ittiham olunan bir qrup şəxsə qarşı proses başlayıb.

Strateq.az “Cəvan” nəşrinə istinadla xəbər verir ki, hakim Salavatinin sədrliyi ilə Qəza və İqtisadi Korrupsiyaya Qarşı Mübarizə üzrə Xüsusi Məhkəmənin ilk iclasında müttəhimlər kürsüsünə çıxarılan 7 nəfər müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləridir.

Qeyd edək ki, daxili istehlak bazarında qiymətləri tənzimləmək üçün hökumət rəsmi qurumlar və ya kommersiya vasitəçiləri ilə xaricdən müxtəlif mal və əmtəələr alır. Bir qayda olaraq, bu cür ticari əməliyyatlar “dövlət dolları” hesabına həyata keçirilir. Yəni alqı-satqı əməliyyatı bazardakı məzənnə ilə deyil, 4.200 tümən = 1 dollar kursu ilə aparılır.

Hazırkı məhkəmə prosesində ittiham olunan şəxslərin 3-ü Tehran Kənd Təsərrüfatı Cihadının işçiləridir. O cümlədən qurumun sədr müavini Həmid Rza Xəlili, tənzimləmə bölməsinin rəhbəri Əli Cəvizi, təhlükəsizlik üzrə mütəxəssis və baş müfəttiş Əli Rəncbər Kermani, Tehranın “Müstəzəfan” Fondunun bazar tənzimləyicisi Mürtəza Əsgəri və digər şəxslər rəsmi pul köçürmələri, sənədləşdirmə və kvotaların qanunsuz bölüşdürülməsi yolu ilə istehlak bazarında 114 min kq əti “qara bazar”da satmaqda və dövlətə ümumilikdə 75 milyard rial ziyan vurmaqda ittiham olunurlar.

“Cəvan” nəşrinin “Tehranda ət oğurluğu, Gürcüstanda kabablama” adlı məqaləsində qeyd olunur ki, təqsirləndirilən şəxslərdən biri Azərbaycan və Gürcüstana qanunsuz səfərlər etməkdədə ittiham olunur. Proses zamanı müttəhim İranla qonşu ölkələrə təhsil layihələri ilə bağlı getdiyini iddia edib.

“Siz müvafiq orqanları məlumatlandırmadan Azərbaycana səfər etmiş, dövlət vəsaiti hesabına “Məham Tədbir” şirkəti adından 80 ton qoyun ət almış və daha sonra Gürcüstanda dövlətin 10 min dollar vəsaitini xərcləyərək, özünüz üçün kabab məclisi qurmusunuz”, – deyə ona etiraz olunub.