Tayvana ilk dəfə qadın prezident rəhbərlik edəcək. Müxalif Demokratik İnkişaf Partiyasının namizədi Çay İnven yerli adminstrasiya başçısı postuna və qanunverici oqrana seçkilərdə qələbə çalıb.
Çay İnven çin dilində danışan ölkələrdə ilk qadın prezident kimi tarixə düşəcək. Çinlə münasibətlərin daha da yaxınlaşmasını istəyən hakim Homindan partiyası öz məğlubiyyətini etiraf edib. Səslərin yarısının sayılması ilə açıqlanan ilkin nəticələrdə müxalifətin 60% çox səs aldığı bildirilir.
Tayvanın Pekindən daha müstəqil siyasət aparmasının tərəfdarı kimi çıxış edən Çay İnvenin prezident seçilməsi ölkələr arasında münasibətləri daha da gərginləşdirə bilər.
Çin və Tayvana arasında 2008-ci ildə Homindan partiyasından Mau İnçzyunun prezident seçilməsindən sonra yaxşılaşma başlamışdı.
Taryvanda isə bir çoxları hesab edirlər ki, Pekinlə şox yaxınlaşmaq təhlükəlidir və Homindan bu istiqamətdə çox irəli getmişdi. Bu fikirlər artıq prezident seçkilərinin nəticələrində də özünü göstərib.
Strateq.az