XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 15:59

Bakıda müəmmalı hadisə:[color=red] “Respublika” qəzetinin baş redaktor müavini öldürülüb, yoxsa… – VİDEO, FOTO

"Respublika" qəzetinin baş redaktor müavini küçədə müəmmalı şəkildə dünyasını dəyişib.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarında Elmlər Akademiyasının yerləşdiyi inzibati binasının qarşısında 64 yaşlı kişi qəfildən dünyasını dəyişib. Dünyasını dəyişən şəxs “Respublika” qəzetinin baş redaktorunun müavini Sabir Mustafayevdir. Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib. 

Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi də güman olunur.

Yasamal rayonunun prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.