XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2019 - 14:00

Türkiyəli nazir:"Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır"

“Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir”.

Bunu  Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsindən xəbər verir: “Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini artırır”.

Nazir qeyd edib ki, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha da sıx xarakter alıb: “Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır”. /Report