XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 19:38

“Sən torpağının bütövlüyünü düşünürsənsə,..” – [color=red] Türkiyədən İran və İraqa sərt ittihamlar

"PKK komandirləri hazırda İrandadırlar. İran onları dəstəkləyir".

Bu sözləri AKP sədrinin müavini Məhmət Ali Şahin deyib.

“Biz PKK, İŞİD və başqa terror qruplaşmaları ilə müharibə aparmırıq. Bu torpaqlarda gözü olan və inkişafımızın qarşısını almağa çalışan başqa dövlətlərlə mübarizə aparırıq. Artıq bu torpaqlarda inkişaf etmiş güclü Türkiyə var. Bu səbəbdən məqsədlərinizi həyata keçirə bilməyəcəksiniz. Bu ölkəni terror aktları ilə parçalaya bilməyəcəksiniz”, – Əli Şahin vurğulayıb.

Məhmət Əli Şahin İran və İraqın PKK-ya dəstək verdiyini açıqlayıb:

“İspaniya Fransa ilə əməkdaşlıq edərək ETA terror şəbəkəsini məhv etdi. Fransa qədər ola bilmədiniz. Qəndil dəfələrlə bombalandı. Hazırda ordakı PKK terrorçuları İrandadırlar. İran onlara dəstək verir. İran rəsmilərinə səslənirəm. İslam dinində qonşulara zərər verəni dəstəkləmək varmı?”.

Sədr müavini daha sonra İraqın baş naziri Heydər Abadini tənqid edib:

“Hörmətli Abadi, 30 ildən çoxdur ki, sənin torpaqlarında PKK terrorçuları özlərinin düşərgələrini yaradıb. Daha sonra oradan bizim torpaqlarımıza hücumlar etdilər. Şəhidlər verdik. Sən torpağnın bütövlüyünü düşünürsənsə, nə üçün PKK-ya icazə vermisən. Bunun cavabını ver”.

Axar.az