Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib.
TASS xəbər verir ki, bu barədə D.Medvedev avqustun 1-də Çitada keçirilən müşavirədə bildirib.
Onun sözlərinə görə, meşələrin qanunsuz kəsilməsini gizlətmək üçün qəsdən yanğın törədə bilərlər: Tapşırığa əsasən, yoxlama cari il noyabrın 1-dək başa çatdırılmalıdır.
Qeyd edək ki, avqustun 1-də gecə saatlarında ABŞ prezidenti Donald Tramp Sibirdəki yanğının söndürülməsinə yardım etmək məqsədi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Xatırladaq ki, Sibirdə 3 mln. ha-dan artıq meşə sahəsi yanır.
Report