XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 08:07

İsa Qəmbər müsavatçılara “iqtidarın adamları” dedi

Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər dünən partiya qərargahı önündə bir qrup müsavatçının etiraz aksiyası keçirməsinə münasibət bildirib.

thumb_90_68_musavat-loqo.jpg

Strateq.az xəbər verir ki, İsa Qəmbər facebook profilində bu barədə yazıb: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu”.

İ. Qəmbər aksiya iştirakçılarını iqtidarın adamı adlandırıb. Onun sözlərinə görə, hakimiyyət özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketini” təşkil etdi.

“Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”, – deyə o bildirib.

Qeyd edək ki, dünən bir qrup müsavatçı Müsavatın qərargahı önündə Arif Hacılının istefası üçün aksiya keçirib. Etirazçılar “Növbədənkənar qurultay keçirilsin”, “Müsavat ailə partiyası deyil”, “İstefa” şüarları səsləndiriblər.

Aksiyada çıxış edənlər partiyada baş verənlərə görə Arif Hacılı ilə yanaşı İsa Qəmbəri də qınayıblar