XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 15:04

ÜST:"Azərbaycanda insan ölümünə əsas səbəb şəkər, qan təzyiqi, artıq çəki, siqaretdir"

“Azərbaycanda 30-70 yaşlı əhali arasında yoluxucu olmayan xəstəliklər üzrə ölüm göstəricisi 22 faizdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancısəhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gələn beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu ölüm halları üçün əsas faktorlar şəkər və qan təzyiqinin yüksəlməsi, artıq çəki, siqaretdən istifadədir: “Ona görə bu xəstəliklərin idarəedilməsi və buna bağlı ölümlərin azalmasında ən vacib faktorlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir”.

Report