XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 22:55

Avropa Liqası:"Neftçi" "Arsenal”ı darmadağın etdi

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən oyunda “Neftçi” Rusiyann “Arsenal” komandasını məğlub edib.

Strateq.az xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşün 49-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Rauf Əliyev komandasını hesabda önə çıxarıb – 1:0.

89-ci dəqiqədə isə komandamız penaltidən hesabı 2-yə çatdırıb.

90+3-də isə komandamız daha bir qol vurub – 3:0

Beləliklə, oyun bu hesabla başa çatıb və “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb.

Onu da qeyd edək ki, bu komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.