XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 13:33

Milli Məclisin növbədənkənar iclasında hansı məsələlər müzakirə olacaq? – [color=red]Deputatdan açıqlama

Milli Məclisin deputatları növbədənkənar iclas üçün toplanacaqlar. Yanvarın 19-da keçirilməsi nəzərdə tutulan iclasda hansı məsələlərin müzakirə olunacağı isə hələ ki, mətbuata açıqlanmır. 

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. 

Xatırladaq ki, yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı. Milli Məclisin vaxtında əvvəl toplanmasının səbəblərinə və bu iclasda müzakirə ediləcək mövzulara gəlincə, parlament üzvlərinin də hələlik bu barədə məlumatlı deyillər. 

Bu barədə musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, “Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyev də bildirib ki, hələlik gündəlik haqqında məlumat verilməyib. 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə musavat.com-a açıqlamasında gözləntilərinə əsaslanaraq, bildirib ki, əsas məsələlərdən biri dövlət büdcəsinin müzakirəsi ola bilər: “İclasın gündəliyi haqqında bizə məlumat verilməyib. Ancaq mən hesab edirəm ki, bu iclasda əsas məsələ büdcə müzakirəsi olacaq. Həmçinin 30 min manata qədər əmanətlərin sığortalanması məsələsi ilə bağlı bu limitin ləğv edilməsi də müzakirə oluna bilər. Yəni, təkcə 30 min manata qədər olan əmanətlərin deyil, istənilən məbləğdə olan əmanətlərin sığortalanması müzakirə oluna bilər. Biz həm Mərkəzi Banka, həm də hökumətə belə bir təklif vermişik”. 

Dollarla olan kreditlərin 1.05 manat məzənnəsi ilə qaytarılması məsələsinin müzakirəsinə gəlincə, Vahid Əhmədov bildirib ki, bu, Milli Məclisə aid məsələ deyil: “Bu, birbaşa Mərkəzi Bankla hökumətin məsələsidir. Ancaq əsas məsələ əmanətlərin sığortalanmasında “30 min manata qədər” limitinin götürülməsidir. Bu, həm banklara, həm də əhaliyə lazımdır”.

Dövlət büdcəsində neftin qiymətinin 50 dollardan daha aşağı hesablanması məsələsinin də müzakirə oluna biləcəyinə toxunan deputat qeyd edib ki, neftin qiymətinin 30 və ya 20 dollardan hesablanacağı haqqında söhbətlər var: “Hələlik bu haqda söhbətlər gedir, lakin konkret sənədlər yoxdur. Maliyyə naziri Samir Şərifov bizimlə söhbətində bildirdi ki, neftin qiyməti ilə bağlı 3 variant var. Bu variantlardan hansı məqbul sayılsa, o Milli Məclisə təqdim olunacaq. Əgər bu iclasda dövlət büdcəsinə yenidən baxsaq, o zaman “Dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik də etməliyik. Qanuna əsasən bu ilin may-oktyabr aylarında büdcəyə yenidən baxıla bilər. Mən hesab etmirəm ki, bu iclasda dövlət büdcəsinə baxılacaq. Əsas müzakirə məsələsi əmanətlərin sığortalanmasını limitsiz etmək olacaq”. 

Milli Məclisin üzvünün sözlərinə görə, komitə tərəfindən Mərkəzi Bankın rəhbərinə və ölkə başçısına ünvanlanan təkliflərə baxılır, bunun əsasında bir çox qərarlar, fərmanlar verilib: “Bizi narahat edən daha bir məsələ gömrük sistemində islahatlar, idxal-ixrac əməliyyatlarının liberallaşdırılması idi. Bank sistemində də islahatlara ehtiyac var. Bu proseslər paralel getməlidir ki, biz nəyəsə nail ola bilək”.