XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 13:42

İqtisadi sabotaj, yoxsa… – [color=red]Marketlərdən yerli məhsullar yoxa çıxıb (FOTOLAR)

Azərbaycanda süni qiymət artımına qarşı mübarizə başlayandan və dövlət başçısının yerli məhsulların qiymətinin artırılmasını tənqid etməsindən sonra matketlərdə yerli məhsullar kəskin azalıb. 

Strateq.az xəbər verir ki, Musavat.com-un əməkdaşı bir neçə iri marketdə müşahidələr aparıb və yerli məhsullar üçün ayrılmış piştaxtaların boş qalmasının şahidi olub. Satıcılar bunu yerli şirkətlərin marketlərin malla təminatını azaltması ilə əlaqələndirirlər. Bir sıra şirkətlər məhsullarını ucuz satmaq istəmirlər, baha satmaqdan isə ehtiyat edirlər.

Qeyd edək ki, bir həftə əvvəl Nazirlər Kabinetində Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı qiymətləri artıran yerli şirkətləri tənqid edib və bunun yolverilməz olduğunu bildirib. 

Bunun ardınca, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı mübarizəyə başlayıb. 

Ötən həftə ərzində analoji faktlarla bağlı bir neçə cinayət işi başlanılıb və həbs edilənlər olub.