Rusiya Dövlət Duması Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə münasibət bildirib.
Puşkov Qərbin bu qərarını alqışlayaraq ABŞ Prezidenti Barak Obamanın 2-ci prezidentlik dövründə “yeganə doğru qərar” verdiyini deyib:
“Tehran ilə əldə olunan müqavilə və bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi Obamanın 2-ci prezidentliyi dövründə atdığı yeganə doğru addımdır. Rusiya olmasaydı, bu addımı ata bilməyəcəkdi”.
Axar.az