ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obamanın çıxışı Ağ Evdən canlı yayımlanıb.
ABŞ prezidenti sanksiyaların ləğvini tarixi proses kimi qiymətləndirib: «Yaxın Şərqdə savaş aparmadan diplomatiyanın bu tarixi nailiyyətinə nail ola bildik. Bu anlaşma Tehranın nüvə bombası hazırlamaq istiqamətindəki bütün cəhdlərinin qarşısını almış oldu».
Obama onu da etiraf edib ki, anlaşmadan imtina etmək onilliklər boyu Vaşinqtonun xeyrinə olmayıb: «Onu da qeyd etməliyəm ki, bu anlaşma təbii olaraq iki ölkə arasındakı bütün fikir ayrılıqlarını aradan qaldırmayacaq".
Obama xatırladıb ki, ABŞ İranda insan haqlarının pozulması, terrora dəstək və ballistik raketlərdən istifadə ilə bağlı sanksiyaları ləğv etməyəcək.