XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 Avqust 2019 - 13:28

İran Fars körfəzində daha bir tanker saxlayıb –Qanunsuz neft daşıdığı üçün

İran İsam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində daha bir tanker saxlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İran İsam İnqilabı Keşikçiləri Korpusunun komandanı tankerin qanunsuz neft daşıdığı üçün saxlandığını bəyan edib. Tankerin adı açıqlanmayan ərəb ölkəsinə neft daşıdığı bildirilib.

Xatırladaq ki, bundan əvvəl iyukun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. /APA