XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

04 Avqust 2019 - 17:16

Sədərək Ticarət Mərkəzində yanğın başlayıb –VİDEO

Sədərək Ticarət Mərkəzində növbəti yanğın hadisəsi baş verib.

Bu dəfə yanğın TM-in Təsərrüfat Bazarı deyilən ərazisində – “Xəyal” elektrik dükanında başlayıb. Alov qısa müddətdə digər dükanlara da yayılıb.

Hadisə yerinə FHN-nın yanğın söndürənləri çağırılıb.

Yanğın davam edir.

Qeyd edək ki, Ticarət Mərkəzində bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.