XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 16:00

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər –Vaxt açıqlandı

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər. 

Bu barədə Məhəmməd Cavad Zərif məlumat verib.

Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək.

“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, – iranlı nazir vurğulayıb. /APA