XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 07:58

Neft kəskin düşdü, Azərbaycanı nə gözləyir? – [color=red]Ekspert yeni təhlükədən xəbər verir

 

Bu gün neft elektron satışlarda 29 dollardan aşağı düşüb

Bəs, bundan sonrakı ucuzlaşma Azərbaycana nə vəd edir?

Strateq.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert Zöhrab İsmayıl neftin bu qədər aşağı düşməsinin Mərkəzi Bankın rezervlərinin 2-3 aya tükənməsinə səbəb olacağını deyir:

"Neftin qiymətinin aşağı düşməsi manatın dəyərini daha sürətlə itirir. Hökumət Neft Fondunun aktivlərinə daha çox "müraciət edir". Həmçinin, Neft Fondunun rezervlərinin bir hissəsi manata çevrilməyə başlayır.

İkincisi, qiymətlər bundan sonra da 30-50% bahalaşır. İdxal üçün dollar çatışmazlığı yaranır və bir sıra idxal malları qıtlaşır. Eyni zamanda bank sektorunda böhran dərinləşir, tikinti, daşınmaz əmlak və avtomobil bazarları çöküşə gedir.

Üçüncüsü isə, Azərbaycanın kredit reytinqləri 1-2 pillə aşağı düşür.

İlk baxışdan bu, sadə oxucuya heç nə deməyə bilər. Söhbət ondan gedir ki, kredit reytinqləri aşağı endikcə, hökumətin, dövlət şirkətlərinin və banklarımızın beynəlxalq maliyyə qurumlarından və xarici banklardan borc alması daha da çətinləşir…"