XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 17:00

Nikol Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə səfər edib –FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Ermənistan Baş naziri bu gün panerməni oyunlarının Xankəndində baş tutacaq açılış mərasimində iştirak edəcək.

N. Paşinyanın mərasimdə çıxışı da nəzərdə tutulur.

Ermənistanın Baş naziri işğal altındakı Azərbaycan ərazilərinə səfər zamanı burada xidmət edən oğlu ilə də görüşüb. Paşinyan həyat yoldaşı və oğlu ilə çəkdirdiyi fotonu “Facebook” səhifəsində paylaşıb.

Qeyd edək ki, panerməni oyunlarının açılış mərasiminin Xankəndində keçirilməsi Azərbaycanın kəskin etirazına səbəb olub. XİN bu addımı pisləyən açıqlama yayıb. /APA