XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 23:00

ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endiriləcək –8 avqust tarixinə qədər

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlı ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarında 8 avqust tarixinə qədər dövlət bayrağı endiriləcək.

Bu barədə “Report” ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Texas, Ohayo və İllinoys ştatlarında hücum aktı nəticəsində həlak olanların xatirəsinə ehtiram göstərmək üçün 8 avqust gün batana qədər bütün bayraqlar endiriləcəkdir” – deyə, məlumatda qeyd olunub.