XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 10:25

Qazaxıstan səfiri Azərbaycanı tərk edib –Yeni təyinat

Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Azərbaycanı tərk edib. 

O, Qazaxıstana yola düşüb.

Qeyd edək ki, ötən ay B. İsabayev ölkə prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin edilib. Bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb. B. İsabayev bu vəzifədə Kayrat Nurpeyisovu əvəzləyib. 

B. İsabayevin yerinə təyinat olmayıb. Onun vəzifəsini səfirin müşaviri Darxan Kuşerbayev icra edir.

Xatırladaq ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində fəaliyyət göstərib. /APA