XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 09:50

Türkiyə ordusu PKK ilə döyüş hazırlığında!
Türkiyənin Şırnak vilayətinin Uludərə mahalında əsgərlərin PKK terroçuları ilə göz təması məsafəsinə qədər yaxın olduğu açıqlanıb. Əl-Cəzirə telekanalının iddiasına görə, regionda hər an qarşıdurmalar başlaya bilər.
Bildirilir ki, regionda narahatlıq hökm sürür. Bir neçə gündür ki, Şırnak və ətrafında hərbi hərəkətlilik gözlərdən qaçmır, əsgərlər yer dəyişdirir. Qəzet “təxribat” cəhdlərini də istisna etmir. Bildirilir ki, kənd camaatı da əsgərlərlə və PKK qüvvələrinin bir-birlərinə çox yaxın həddə olmasından narahatdır. Əhali qəfləti atışma nəticəsində qarşıdurma yaşanacağından qorxur.
Bölgədə “elan edilməmiş bir fövqəladə hal”ın hökm sürdüyü vurğulanır. Qeyd edilir ki, bölgədə təzyiqin yüksəlməsinə səbəb olan hadisələr martın ortalarından başlayıb(Musavat.com).