"Sosial siyasətimizi reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla vəsait xərclənəcək. İndiki şəraitdə bu nə deməkdir? Hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur".
Bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu gün keçirdiyi müşavirədə deyib:
“Neftlə zəngin olan ölkələrin və bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları müşahidə etmirik. Hər halda, bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyanı qaldırsın. Bu, çox ciddi, sosial addımdır.
Bir də demək istəyirəm ki, bu, bizim ciddi sosial siyasətimizin təzahürüdür. Və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla vəsait xərclənəcək. İndiki şəraitdə bu nə deməkdir? Hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu bizim imkanlarımıza bağlı olan məsələdir”.