XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 12:45

“Ərlərinizin bu hərəkətinə necə baxırsınız?” – [color=red]”Qiyamçı müstəntiq”in anası danışdı

“Oğlumun səhhəti pisləşib. Həkimlərdən xahiş edirəm ki, ona yaxşı baxsınlar. Bütün ümidlərim Rüfətə bağlıdır, nə qədər iş verirlər özləri bilər, qoy versinlər. Bizim əlimizdən nə gəlir ki, heç olmasa sağ səsini eşidib təsəlli tapım”.

Bu sözləri Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun anası Tahirə Səfərova bildirib.

“Yuxarıda Böyük Allah var! Görəsən, Rüfətə bu toru quranların Allahı var, ya yox? Üzünə iki Zərdab sakinini qoydular. İstərdim bu şəxslər nə qədər vicdani hərəkət etdiklərini götür-qoy etsinlər. Allah qıymasın, sizin övladlarınıza biz belə ədalətsiz iş nümayiş etdirməzdik. Ailənizin üzünə necə baxdınız, uşaqlarınız, həyat yoldaşlarınız sizdən soruşdularmı kı, niyə belə bir ayıb iş tutdunuz? Bundan sonra camaat içərisinə necə çıxa biləcəksiniz? Mən hər ikinizin həyat yoldaşınıza-xanımlarınıza müraciət edirəm: ərlərinizin bu hərəkətinə necə baxırsınız, onlar kişilik etdilərmi?",-deyə T.Səfərova oğlunun rüşvət aldığını iddia edərək onun üzünə duran şahidlərə xitabən bildirib.

T.Səfərova deyib ki, oğlunun həyat yoldaşı ilə birgə dualar edir, Qurandan ayələr oxuyurlar ki, R.Səfərov bu qanunsuzluğun qurbanı olmasın: “Başqa kimsədən kömək gözləmirik. Mən bütün haqqı yazanlara, hörmətli jurnalistlərə çox-çox təşəkkur edirəm”(Modern.az).

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.   

R.Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

R.Səfərov Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının üzvü  Eldar Sabiroğlunun oğludur.