XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 11:10

“Pan-erməni oyunları” ilə bağlı bəyanat beynəlxalq təşkilatlara göndərilib”- İcma sədri

“Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına gələnlər Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salına bilər”.

Strateq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir.

T.Gəncəliyev bildirib ki, icmanın Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara da göndərilib:

“Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “panerməni oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. Nikol Paşinyan çıxışında ölkəmizə qarşı işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinmədi. Biz Paşinyanın çıxışını pisləyirik”.

T.Gəncəliyev qeyd edib ki, Ermənistanda hakimiyyətə gələndə özünü demokrat şəxs kimi təqdim edən Paşinyan artıq səsləndirdiyi fikirləri ilə təcavüzkar siyasətçi kimi tanındı.