Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfərə başlayıb.
Bu barədə Ukraynanın Türkiyədəki səfiri Andriy Sıbiha “Twitter” hesabında yazıb.
O, dövlət başçısının Türkiyənin krım-tatar icması nümayəndələri ilə Ankarada görüş keçirdiyini qeyd edib.
Bundan əvvəl Ukrayna prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla və Konstantinopol yunan patriarxı Bartolomeosla da görüşəcəyi bildirilmişdi. /Report