XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 10:45

Qırğızıstanda Təhlükəsizlik Şurasının iclası başlayıb- Prezidentin sədrliyi ilə

Bu gün Qırğızıstanda Koy-Taş kəndindəki iğtişaşlar şəraitində Təhlükəsizlik Şurasının iclası başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, iclas Qırğızıstan prezidenti Sooranbay Jeenbekovun sədrliyi ilə keçirilir:

“Mətbuatın iştirakı olmadan baş tutan iclasın gündəliyində “7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılır”.

Qeyd edək ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlılarının Çuy rayonunun Koy-Daş kəndində Atambayevi güc tətbiq etməklə tutmaq cəhdləri uğursuz olub.