XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 20:14

Saakaşvili: [color=red]”Ukraynada baş verənlər oğurluq və banditizmdir”

«Ukraynada baş verənləri təsvir etmək üçün "korrupsiya" olduqca gözəl və ədəbi ifadədir».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Xarkovda keçirilən və 3 min iştirakçının qatıldığı Antikorrupsiya Forumunda deyib.

Onun sözlərinə görə, ölkədə baş verənlər oğurluq və «banditizmdir»: «Bu yaxınlarda bir sahibkar mənə dedi ki, əvvəl kölgə iqtisadiyyatından oğurluq edirmişlər. İndi isə real iqtisadiyyatdan oğurlayırlar. Gömrükdə, prokurorluq orqanlarında baş verənləri görəndə bu adamla razılaşmamaq olmur. Üstəlik by oğurluq hər kəsin gözü qarşısında baş verir".