Suriya məsələsi üzrə Rusiya – Türkiyə – İran formatında üçtərəfli sammitin bu il sentyabrın 11-də Türkiyədə keçirilməsi planlaşdırılır.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir deyib ki, belə sammitlər həm siyasi, həm də atəşkəsin təmin edilməsi baxımından çox faydalıdır.
Üçtərəfli sammitin hansı şəhərdə keçiriləcəyi dəqiqləşməyib. /APA