XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 12:18

AMEA:"Xəzərin səviyyəsinin yüksəlməsi iqtisadiyyata 2,5 milyard dollar ziyan vurub"

“Xəzər dənizinin səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil, bu, ekstremal hal sayılmır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov qeyd edib ki, 1978-1995-ci illərdə Xəzər dənizinin səviyyəsinin 2,5 metr yüksəlməsi Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub: “Bu, ekstremal hal idi. Bu gün üçün isə Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal vəziyyət sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra əvvəlki səviyyəyə qayıtsın. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”.