XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 12:13

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb –Müdafiə Nazirliyi məlumat yaydı

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.