XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 10:17

Zahid Oruc ixtisar tələbi qoydu,[color=red] spiker “sənin yerin görünür”, – dedi

“Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.

Bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.

O qeyd edib:

"Elə bil ki, bu nazirliyi bir adama görə yaratmışıq… Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur… Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı, onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var”.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür…” – replikası ilə cavab verib.

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıblar.

Qafqazinfo.az