XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 19:52

Naxçıvanda nazirliyin adı dəyişdi, agentlik ləğv olundu[color=red] – Vasif Talıbovdan sərəncamlar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi adlandırılıb.

V.Talıbovun digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Satınalamalar üzrə Dövlət Agentliyi ləğv edilib, onun səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib.

APA