XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 06:12

100 dövlət rəhbəri, 2500 iştirakçı… [color=red]- Dünyanın gözü Davosda

Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab Davosda forumu rəsmən açıq elan edib.

Azertag.az xəbər verir ki, Klaus Şvab açıqlamasında Davos Forumunun sadəcə konfrans deyil, həm də çox dəyərli təcrübə olduğunu bildirib.

“Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil edilən forumda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları Forumda 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi Forumun təhlükəsizliyinin təmin olunmasına cəlb edib.

Forumda Azərbaycan prezidenti İlham Əliyevin, ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, Kanada Baş naziri Jastin Trudeaunun, İran Xarici İşlər naziri Cavad Zərifin, Yunanıstan Baş naziri Aleksis Tsiprasın, Türkiyənin Baş naziri Əhməd Davudoğlunun və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib.