XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 07:42

Qaçqınlar Merkelin [color=red]”axırına çıxdı”

Almaniya kansleri Angela Merkelin reytinqi 2013-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb. Buna səbəb kanslerin miqrant siyasətində tutduğu mövqedir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Bild qəzeti Merkelin reytinqinin geriləyərək 32,5 faizə düşdüyünü yazıb. 

Bu nəticəni sosial araşdırmalar mərkəzi «Insa-Consulere»nin keçirdiyi sorğu üzə çıxarıb.

Son günlər silahdaşları da Merkelə qarşı təzyiqləri artırıblar. Onlar kanslerdən ölkəyə gələn qaçqınların sayını azaltmasını istəyirlər. Bir neçə gün əvvəl 50 deputat Merkelə müracəit edərək, ondan miqrasiya siyasətini dəyişməyi tələb etmişdi.