XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 09:11

“2 dəfə xalqı aldadıb, ancaq bu dəfə düz deyir…” – [color=red]Ekspert dolların 2.25 manat olacağını iddia edir

"Neft dövlət büdcəsində 30 dollardan hesablansa, dolların məzənnəsi 2,25 manata qalxacaq".

Strateq.az bildirir ki, bu fikri iqtisadçı Natiq Cəfərli bildirib.

O, Mərkəzi Bankın sədri Elman Rüstəmovun Milli Məclisdə dünənki çıxışına münasibət bildirərkən, belə deyib:

"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən dedi ki, dollar 2 manat olmayacaq. Bir də qeyd edib ki, büdcədə dəyişiklik ediləcək, neftin baza qiyməti 30 dollar götürələcək. Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib. Amma bu dəfə aldatmır, düz deyir. 

Dollar 2 manat olmayacaq, əgər neftin büdcədə baza qiyməti 30 dollar götürülsə, dollar 2,25 manat olacaq. Neft Fondunun təsdiq edilmiş büdcəsi və 2016-cı ilin büdcə parametrləri bunu deməyə əsas verir".