XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 10:52

Qırğızıstan parlamenti Rusiya ilə sazişləri dayandırdı – [color=red]Səbəb

Bu gün Qırğızıstan parlamenti Rusiya ilə iki enerji zavodunun tikintisi və işlədilməsi üzrə sazişləri ləğv edib.

İqtisadiyyat nazirinin müavini Nurlan Sadykov səsvermədən sonra deputatlara deyib ki, Rusiya dövlət şirkətlərinin layihələrə yatırdığı 37 milyon dollar yeni investor tapılan kimi qaytarılacaq.

Sadykovun sözlərinə görə, sazişlər “Rusiya maliyyəni dayandırdığı” üçün kəsilib.

Xatırladaq ki, Rusiya Yuxarı Narın və Kambar-Ata-1 Su-elektrik zavodlarını tikməliydi.

Qırğızıstan prezidenti Almazbek Atambaev ötən ay deyirdi ki, ölkə həmin layihələr üçün yeni tərəfdaşları axtarır.

Layihələrin ümumi dəyəri 3.2 milyard dollardır.

Azadliq.info